Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Kürdə suyun səviyyəsi qalxıb, hazırda çay dənizə axır-FOTOLAR

                   Kür çayında suyun səviyyəsi artıb.

Yenixeber.org: Aran büromuz xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi, ölkəmizin ərazisinə intensiv yağışların düşməsi dağ çaylarında olduğu kimi, Kür çayına da öz təsirini göstərib.

Bu da Kürün aşağı axınında Salyan və Neftçala rayonlarında özünü daha çox qabarıq göstərir. Belə ki, son bir həftədə Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metr, Neftçalada isə 60 santimetr qalxıb. Nəticədə əvvəllər məhsuldar işləyə bilməyən su nasosları normal qaydaya düşüb, əkin sahələrinin suvarılmasında olan çətinliklər aradan qalxıb.

Xüsusilə Neftçalada yaranmış kritik vəziyyət aradan qalxıb. Artıq Xəzər Kürə yox, çay dənizə axır.

Mütəxəssislərin fikrincə, bol sululuq dövrü olduğundan çayda suyun səviyyəsinin artımı bundan sonra da davam edəcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam