Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tərtərin icra başçısının müavini qəza törətdi, Kəlbəcər sakini yaralandı-içkili olub

 

Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Yusif oğlu Cavadov 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası törədib.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə başçının müavini idarə etdiyi “Prado” markalı, Az 90 SS 401 nömrə nişanlı avtomobillə Bərdə istiqamətindən Tərtərə gələrkən, rayonun Sarıcalı kəndinin ərazisində Kəlbəcər köçkünü Nicat Nəbiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb. Nəticədə Nicat Nəbiyev başından xəsarət alıb, idarə etdiyi avtomobil isə yararsız hala düşüb. Xəstəxanaya çatdırılan köçkünün həyatını xilas etmək mümkün olub. Məlumata görə qəzadan sonra başçı müavininin qardaşı Qalib Cavadov olay zamanı sükan arxasında olduğunu deyib.

Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Tərtərdə hər kəs bilir ki, sadəcə maşın başçı müavininin qardaşının adınadır: “Qəza zamanı isə sükan arxasında Abbas Cavadov olub. Hadisə Abbas Cavadov kef məclisindən qayıdarkən baş verib. Onun qəza zamanı içkili olması da qeyd olunur. Abbas Cavadov Nicat Nəbiyevin sağlamlığına və nəqliyyat vasitəsinə vurduğu zərərin qarşılığı olaraq 4 min manat ödəyib. Qəza ilə bağlı araşdırmalar davam edir”.(musavat)

E.HÜSEYNOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam