Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi

Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılır.
Yenixeber.org: Günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Görüşdə heç-heçə qeydə alınıb. Sonrakı turda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan ilə qarşılaşıb. Şahmatçımız prinsipial rəqibi üzərində inamlı qələbə qazanıb.

Şəhriyar Məmmədyarov növbəti turlarda rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. T.Rəcəbovun isə növbəti rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav və A.Piçot olacaq.

Qeyd edək ki, “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam