Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azad edilmiş ərazilərə təkrar keçən 20 nəfər minaya düşərək ölüb

Bu günədək işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərərkən inzibati qaydada həbs olunan şəxslərin sayı məlum olub.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Hüququnuz var” verilişində bildirib ki, azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən 1 400-dən artıq şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh görülüb.

“Onların içərisində 20-dən artıq şəxs var ki, müxtəlif vaxtlarda polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində məhkəmənin qərarı ilə inzibati həbs tətbiq edilib. Daha sonra həmin şəxslər islah olunmayıb və azad edilmiş ərazilərə qanunsuz yollarla keçib və orada mina partlayışı nəticəsində ölüb”, - DİN rəsmisi deyib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam