Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Ərdoğan:“PKK-nın “başçı heyəti” Selman Bozkır məhv edildi”

“Terror təşkilatı PKK-nın qondarma başçı heyəti, Mahmurdakı terror əməliyyatlarının rəhbəri "Doktor Hüseyin" kod adlı Selman Bozkır dünən Milli Kəşfiyyat Təşkilatımızın (Milli İstihbarat Təşkilatı (MİT) - red.) qəhrəmanları tərəfindən zərərsizləşdirilib”.

Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan özünün rəsmi Twıtter səhifəsində yazıb.

R.T.Ərdoğan bu uğurlu əməliyyatda əməyi olan bütün şəxslərə təşəkkür edib: “Bütün dostlara millətim adından təşəkkür edirəm. Xain və separatçı təşkilatın Mahmurdan terrorizm üçün "inkubasiya mərkəzi" kimi istifadə etməsinə icazə verməyəcəyik və terroru mənbəyində məhv etməyə davam edəcəyik”.

Qeyd edək ki, Bozkır terrorçular sırasına 1990-cı illərdə qoşulub, uzun müddət Avropada PKK - nın fəaliyyətinin təşkili ilə məşğul olub, bir müddət təşkilatın Böyük Britaniyadakı fəaliyyətinə, daha sonra İraqın şimalında qanunsuz pul vəsaitlərinin dövriyyəsinə nəzarət edib.

Qəndil bölgəsində mövqelərinin zəifləməsindən sonra terrorçular fəaliyyətlərini Mahmurda cəmləşdirməyə qərar vermişdilər. Bozkyr, Mahmur üçün "məsul" təyin edilmişdi…

Onu da qeyd edək ki, əməliyyat zamanı Selman Bozkırla yanaşı, daha iki yaraqlı da zərərsizləşdirilib.

Məlumata görə, terrorçular düşərgəsi qaçqın düşərgəsi adı altında fəaliyyət göstərirmiş, burada yaraqlılar öz cinayətkar fəaliyyətlərinin təşkili ilə məşğul olurlarmış…(“Anadolu”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam