Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etməyib -VİDEO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus SARS-CoV-2 laboratoriyasından sızıntı faktını istisna etmədiyini bildirib.

Yenixeber.org: O, bunu G7 liderlərinin sammitində deyib.

Qebreyesus qeyd edib ki, azı 174 milyon insan koronavirus infeksiyasına yoluxub və 3,75 milyon insan isə onun fəsadları nəticəsində həyatını itirib.

“Düşünürəm ki, insanlar bu virusun haradan gəldiyini öyrənməlidirlər. Onların buna haqqı var. Gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün bu bizə lazımdır”, - deyə “Daily Mail” Qebreyesusdan sitat gətirib.

Onun sözlərinə görə, SARS-CoV-2-nin mənşəyi ilə bağlı istintaqın ilkin mərhələlərində Çin kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərməyib. Baş direktor hər bir fərziyyənin nəzərə alınmalı olduğunu bildirib.

“Xüsusilə işlənilməmiş məlumatların mübadiləsi ilə bağlı çətinliklər var idi... Ümid edirik ki, növbəti mərhələdə əməkdaşlıq daha yaxşı təşkil olunacaq”, - deyə ÜST rəhbəri qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam