Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərsu” havaların kəskin istiləşməsi ilə əlaqədar -gücləndirilmiş iş rejiminə keçib

“Azərsu” havaların kəskin istiləşməsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Havaların kəskin istiləşməsi ilə əlaqədar “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışır.

Yenixeber.org: “Azərsu” ASC-nin verdiyi məlumata görə, son günlər temperaturun yüksək olması ilə əlaqədar içməli suya tələbat kəskin artıb və tələbatı ödəmək üçün mənbələrdən Abşeron yarımadasına ötürülən suyun həcmi artırılıb.

Məlumatda deyilir ki. abonentlərin dayanıqlı içməli su ilə təmin olunması, anbar ehtiyatlarının toplanması üçün təsdiqlənmiş reqlamentə uyğun olaraq rejimlərin tənzimlənməsi işləri aparılır və bəzi ərazilərdə suyun verilmə qrafiklərində müəyyən dəyişikliklər edilir.

“Azərsu” ASC abonentlərdən xahiş edir ki, yay aylarında, xüsusilə də kəskin istilərin müşahidə olunduğu günlərdə içməli sudan maksimum qənaətlə istifadə etsinlər, bağ massivlərində və həyət evlərində yaşayanlar yaşıllıqların suvarılmasında israfçılığa yol verməsinlər. Burada edilən israfçılıq paylayıcı şəbəkələrin ucqar nöqtələrindəki abonentlərin su təminatına mənfi təsir göstərir ki, bu da həmin ərazilərdə yaşayan insanların haqlı narazılığına səbəb olur.

Qeyd edək ki, ötən gecə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza Binəqədi rayonunun bəzi ərazilərinə suyun verilməsində məhdudiyyətlərə və ya təzyiqin zəif olmasına səbəb olub. Qəza briqadaları əraziyə cəlb olunub və təmir-tikinti işlərinə başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam