Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünyada ilk: -İsrail süni ət istehsal edən sənaye müəssisəsi qurdu

Dünyada ilk:    İsrail süni ət istehsal edən sənaye müəssisəsi qurdu
İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye sistemi istifadəyə verilib.
Yenixeber.org: Bu barədə Amerikanın "Bloomberg" analitik agentliyi məlumat yayıb. "Future Meat Technologies" adlanan şirkətin gündə 500 kiloqram sintetik ət istehsal edəcəyi bildirilir. Bu isə üç min orta ölçülü hamburger istehsal etməyə kömək edəcək. Süni ət xüsusi bioreaktorlarda istehsal olunur.

"İsrail mütəxəssislərinə görə, yeni metod geniş ərazilər tələb etmir və eyni zamanda ənənəvi heyvandarlıq üçün zəruri olan suya qənaət etməyə də imkan verir. "Future Meat Technologies"dən alınan ətin digər bir üstünlüyü ondan ibarətdir ki, onun istehsalı heyvan yetişdirmək və kəsməkdən iyirmi dəfə az vaxt aparacaq", - deyə məqalədə yazılıb.

Qeyd edək ki, süni ət istehsalı son illərdə daha çox Çində gündəmə gəlsə də, hazırda bir sıra ölkələr yeni metodlarla ət əldə etməyə çalışır. Ayrı-ayrı elm adamları, şirkətlər insan orqanizminə zərər vurmadan təbii komponentlərdən əldə olunan məhsullarla süni ət əldə etməyə çalışırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam