Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bakıda işgüzar səfərdə olan “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov arasında görüş keçirilib. Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov da iştirak edib.

Yenixeber.org: İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu qeyd edən İqtisadiyyat naziri, ikitərəfli əlaqələrin əsas hərəkətverici qüvvəsinin dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimad və dostluq münasibətləri olduğunu vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında nəqliyyat-tranzit, investisiya, sənaye, turizm və s. sahələrdə uğurlu əməkdaşlıq edilir. Rusiya Federasiyası Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkəmizin qeyri-neft ixracında ilk yerdədir. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var və “Rusiya İxrac Mərkəzi”, “Roseksimbank” SC ilə əlaqələrin genişləndirilməsi, iki ölkənin biznes dairələri arasında işgüzar səfərlərin təşkili qarşılıqlı ticarətin artırılmasına töhfə verə bilər.

Görüşdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin, ticari-iqtisadi, investisiya tərəfdaşlığının gücləndirilməsi, “Roseksimbank” SC-nin ölkəmizdə bir sıra layihələrin maliyyələşdirilməsində iştirakı və xarici ticarət maliyyələşməsi alətlərinin səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam