Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Taliban" nümayəndələri Moskvaya gedib-danışıqlar üçün

 

"Taliban" nümayəndələri danışıqlar üçün Moskvaya gedib
“Taliban” hərəkatının siyasi ofisinin nümayəndə heyəti danışıqlar aparmaq üçün Moskvaya gedib.
Yenixeber.org: Bu barədə hərəkatın nümayəndəsi Suheyl Şahin bildirib.

Heyətə "Taliban" hərəkatının Qətərdəki siyasi ofisinin liderlərindən biri, Əfqanıstan vətəndaşları ilə əlaqələr şöbəsinin müdiri Şahabuddin Delavar rəhbərlik edir. Delavar "Taliban" və ABŞ arasındakı danışıqlarda da iştirak edib.

"Şahabuddin Delavar Rusiyaya gələn üç nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik edir", - Şahin deyib.

Bir gün əvvəl "Taliban" və Əfqanıstan hakimiyyəti arasında danışıqların başladığı məlum olub.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstandakı vəziyyətin sürətlə pisləşdiyini bildirib. Nazir bunu Amerika qoşunlarının ölkədən çıxarılması ilə əlaqələndirib. O vurğulayıb ki, Moskva bu və ya digər şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivsində öhdəliklərini yerinə yetirməyə davam edəcək və təcavüzü qarşısını almaq üçün əlindən gələni edəcək.

Xatırladaq ki, "Taliban" Əfqanıstanda bir sıra rayonlara nəzarəti ələ keçirdiyini elan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam