Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Polis erməni müxalifətçini ölümcül döydü-VİDEO

Polis erməni müxalifətçini ölümcül döydü-   VİDEO
Ermənistanda tanınmış müxalifətçi, politoloq Qeqam Nazaryanla bağlı qalmaqal yaşanıb. Belə ki, polis Nazaryanı döydükdən sonra ağır vəziyyətdə bölməyə aparıb.
Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb.

“Qarabağda öldürülmüş döyüşçü Abqar Nazaryanın atası, politoloq Qeqam bölməyə aparılarkən huşunu itirib ki, bunu onun ölümcül şəkildə döyülməsi ilə əlaqələndirirlər. Faktiki olaraq Nikol əvvəlcə oğlanı ölümə göndərdi, indi isə onun atasını polislərin əli ilə asfalta atdı...",-yerli media yazıb.

İnsidentlə bağlı yayılan videogörüntülərdə Nazarayana qarşı qeyri-insani davranıldığı iddia edilir.

Bildirilir ki, hadisə barədə məlumatı ilk olaraq Hrant Avetisyan adlı ictimai fəal paylaşıb. O hakimiyyətin və polisin bu davranışların cavabını verəcəyini söyləyib.

Qeyd edək ki, Qeqam Nazaryan tez-tez hakimiyyət əleyhinə kəskin çıxışlar edir, müharibədəki biyabırçı məğlubiyyətlə bağlı açıqlamalar verirdi. Onun Nikol Paşinyana müxalif siyasi qüvvələrə dəstək verməsi də diqqət çəkirdi.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam