Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Metroya daxil olan bəzi şəxslərin -koronavirusla bağlı yoxlanılmasına başlanılıb

Metroya daxil olan bəzi şəxslərin koronavirusla bağlı yoxlanılmasına başlanılıb

“Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır”.

Yenixeber.org: Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır: “Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.

Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID-19 pasportunun olub-olmadığını soruşur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam