Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdoğan -“Taliban” lideri ilə görüşəcək

Ərdoğan  “Taliban”  lideri ilə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandakı durumu müzakirə etmək üçün “Taliban” qruplaşmasının lideri ilə danışıqlar apara biləcəyini bəyan edib.
Yenixeber.org: Türkiyə prezidenti CNN Türk telekanalına müsahibəsində qrupun “lideri” ilə görüşə hazır olduğunu söyləyib. Ancaq konkret nəyi nəzərdə tutuduğunu bildirməyib. “Əfqan xalqı çox ağır durumdadır, əfqanlar çətin günlər yaşayırlar. Səlahiyyətli qurumlarımız situasiyanı normallaşdırmaq üçün orada işləyirlər, taliblərlə danışıqlar mümkündür, mən hətta onların liderini qəbul etməyə də hazıram”, - Türkiyə prezidenti deyib.

Ərdoğan Qətər əmiri Tamim ət-Tanin ilə telefonla danışdığını da xəbər verib. Onlar taliblərin hücumlarını dayandırmağın yollarını, həmçinin sülhə aparan konkret üsulları müzakirə ediblər.

Bundan əlavə, Türkiyə lideri Əfqanıstan prezidenti Əşrəf Qəni ilə də telefon söhbəti edib. Söhbət zamanı Ərdoğan “taliblərin Əfqanıstanda zorakılıq eskalasiyasından” narahatlığını ifadə edib.

Əfqanıstanda vəziyyət iyul ayında ABŞ qoşunlarının əsas kontingenti ölkədən çıxarıldıqdan sonra gərginləşməyə başlayıb. Əfqan güc strukturlarının sabitliyi təmin etməkdə acizliyini görən Ərdoğan Türkiyənin Kabildəki strateji obyektlərin müdafiəsini öz üzərinə götürməyə hazır olduğunu bəyan etmişdi. “Taliban” da öz növbəsində Türkiyə liderinə cavab vermişdi ki, əfqan torpağındakı istənilən xarici əsgəri işğalçı kimi qəbul edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam