Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bayden: -“Əfqanların döyüşmək istəmədiyi müharibədə biz niyə ölməliyik?”

Bayden: “Əfqanların döyüşmək istəmədiyi müharibədə biz niyə ölməliyik?”

ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı vəziyyətlə bağlı çıxış edib.

Yenixeber.org: Baydenin sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarmaq qərarı düzgün verilib:

"Mən hazırda üzləşdiyimiz faktlarla bağlı dərindən kədərlənirəm, amma Amerikanın Əfqanıstanda hərbi əməliyyatlara son qoymaq qərarından təəssüflənmirəm. Mən qəti olaraq verdiyim qərarın arxasında dururam.

Əfqanların özlərinin döyüşmək istəmədikləri müharibədə amerikalıların döyüşməyi və ölməyi düzgün deyil və bu belə olmamalıdır".

Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərarını qətiyyətlə müdafiə edib və bununla bağlı ABŞ-ın ünvanına yönələn tənqidləri rədd edib.

Prezident Taliban hərəkatına da xəbərdarlıq edib. Deyib ki, ABŞ ordusunun çıxarılması prosesinə mane olunmamalıdır, əks halda qarşı tərəf dağıdıcı güclə üzləşəcək: "ABŞ qoşunları Talibanın hücumuna məruz qalarsa, biz öz insanlarımızı dağıdıcı qüvvə ilə müdafiə edəcəyik. Bu müdafiə sürətli və qətiyyətli olacaq". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam