Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mingəçevirdə ictimai nəqliyyatda və qapalı məkanlarda polis əməkdaşları tərəfindən yoxlamalar aparılır

          Koronavirusa yoluxma hallarının  və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Mingəçevirdə polis əməkdaşları nəzarət-profilaktik tədbirləri davam etdirir.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, ictimai nəqliyyatda və qapalı məkanlarda keçirilən yoxlamalar zamanı  xüsusi formada olanlarla yanaşı mülki geyimli polislər də iştirak edir. Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, böyük mağazalarda, eləcə də digər qapalı məkanlarda karantin rejimindən irəli gələn tələblərə riayət etməyənlər aşkarlanır. Özləri ilə bərabər digər hərəkət iştirakçılarının da sağlamlığına məsuliyyətsiz yanaşan həmin şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. İnfeksiyanın  kütləvi yayılmasının qarşısının alınması üçün  qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi ilə bağlı tövsiyələr verilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam