Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ağdaşda meşəlik ərazidə yarım ton narkotik becərən şəxs saxlanılıb

 

         Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbəyə rayonun Pirəzə kəndində yerləşən meşəlik ərazidə çətənə kollarınının becərildiyi barədə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və həyata keçirilən tədbirlər nəticəsində orada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elgiz Həsənov çətənə kollarına qulluq edən zaman saxlanılıb. Həmin yerə baxış zamanı ümumi çəkisi 512 kiloqram olan 79 ədəd  çətənə kolu aşkarlanaraq götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

         Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam