Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

SON DƏQİQƏ: -Əfqanıstanda müharibə başladı, şiddətli DÖYÜŞLƏR GEDİR

SON DƏQİQƏ: Əfqanıstanda müharibə başladı, şiddətli DÖYÜŞLƏR GEDİR

Əfqanıstanın 3 əyalətində "Taliban" hərəkatı ilə müqavimət gücləri arasında toqquşmalar davam edir.

Yenixeber.org: Münaqişə Pəncşir, Pərvan və Baqlan əyalətlərinin müxtəlif rayonlarında qeydə alınıb.

Döyüşlərin ötən gecədən başladığı qeyd olunur. Həlak olanların sayı barədə məlumat yoxdur.

"Taliban" əleyhinə koalisiyanın toplandığı Kabildən təxminən 160 kilometr aralıda yerləşən Pəncşirdən gələn son xəbərlər təşkilatın bu əyalətdə müqavimətə son qoymaq üçün hərəkətə keçdiyini göstərir. Son məlumata görə, "Taliban" bölgə ilə telefon və internet əlaqələrini kəsib və təşkilat bölgəyə yüzlərlə silahlı göndərib.

Yerli sakinlər "Taliban"ın bölgəyə gedən yolları bağladığını, bunun ərzaq məhsullarının bahalaşmasına səbəb olduğunu iddia edirlər. Bu addım "əsas hücumdan əvvəlki son hazırlıq" olaraq şərh olunur. Hər iki tərəfin Əfqanıstan ordusundan qalan silahlarının olduğu və bölgədəki qarşıdurmaların son dərəcə şiddətli olduğu bildirilir.

Xatırladaq ki, "Taliban" avqustun 15-dən etibarən paytaxt Kabil üzərində nəzarəti ələ keçirdiyini bildirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam