Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Göyçayda -narkotik becərən şəxs saxlanılıb

Göyçayda narkotik becərən şəxs saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundanYenixeber.org-a verilən məlumata görə, rayonun Qarabaqqal kəndi ərazisindəki torpaq sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir nəticəsində orada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin kənd sakini Nicat Hacıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.Ona məxsus həmin torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 30 kiloqramdan artıq olan 12 ədəd çətənə bitkisi və 287 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı N.Hacıyevin narkotik vasitəni həm şəxsi istifadəsi, həm də satış məqsədilə becərdiyi məlum olub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam