Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Uşaqlarda koronavirusun əlamətləri bunlardır...

                   

               COVID-19 virusu bütün yaş qruplarına, eləcə də uşaqlara təsir edə bilər.
Yenixeber.org: Bunu 15 saylı uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr Şükufə Əlikişibəyova deyib.
O bildirib ki, xüsusilə, ətraflarında yoluxmuş şəxslərin olması uşaqları COVID-19 infeksiyasına gətirib çıxara bilər:
"Uşaqların bu xəstəlikdən təsirlənmədikləri və koronavirusun erkən mərhələlərində ciddi xəstəliklərə tutulma ehtimallarının daha az olduğu düşünülsə də, son zamanlar uşaqların da koronavirusdan mənfi təsirləndiklərinin şahidi oluruq. Uşaqlarda koronavirus müxtəlif simptomlarla müşahidə edilə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları mümkündür.

Bəzi uşaqlarda ishal və qarın ağrısı kimi həzm problemləri yanaşı görülə bilir.
Bundan başqa uşaqlarda yüksək hərarət, öskürək, bəlğəm, sinədə xırıltı və bədəndə səpkilərin olması da koronavirusun əlamətləridir. Son məlumatlarda məlumdur ki, koronavirus bir həftə ərzində irəlilədikdə və müalicə edilmədikdə ciddi problemlərə, o cümlədən ürək və qan laxtalanma problemlərinə rast gəlinir. Bu simptomlar hətta həyatı təhdid edə bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam