Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

Ermənistanın keçmiş müdafiə nazirinin evində axtarış aparılıb

Ermənistanın keçmiş müdafiə nazirinin evində axtarış aparılıb

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın yaşadığı evdə axtarış aparılıb.

Yenixeber.org: Bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, axtarışdan sonra David Tonayana qarşı ittiham irəli sürülə və o, tutula bilər.

Qəzetin yazdığına görə, Tonoyandan sonra növbə keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahınn keçmiş rəisi Yuri Xaçaturovundur.

Qeyd edək ki, D.Tonayan İkinci Qarabağ müharibəsi zaman Ermənistanın müdafiə naziri olub. 2020-ci il noyabrın 10-da atəşkəs haqqında bəyanat imzalandıqdan bir müddət sonra vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, 2019-cu ilin yayında Ermənistanın müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə - yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışıb və yeni səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam