Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həştərxan vilayətinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir


 

"Xeberinfo.com":  Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndə heyətinin 25-27 may 2015-ci il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutub.

         Səfər çərçivəsində Həştərxan vilayətinin vitse-qubernatoru, hökumətin sədri Konstantin Markelovun başçılıq etdiyi, Həştərxan hökumətinin sədrinin müavini, Sənaye, Nəqliyyat və Təbii Sərvətlər naziri Sergey Krjanovski, Həştərxan hökumətinin sədrinin müavini. İqtisadi İnkişaf naziri Elina Polyanskaya, Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev və digər rəsmilərin daxil olduğu nümayəndə heyətinin Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə görüşü olmuşdur.

Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış,Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri  həyata keçirilmiş və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam