Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Paytaxtda top mərmisi tapılıb-FOTOLAR

Bakıda top mərmisi tapılıb

            Bakıda top mərmisi tapılıb

Yenixeber.org: Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, XRXX-nin əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birlikdə ərazidəki insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və kənar şəxslərin əraziyə girişini məhdudlaşdırıb. Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd 76 millimetrlik top mərmisinin döyüş tətbiqinə yararsız gövdəsi aşkar olunaraq ərazidən götürülüb.

Hadisə yerinə və yaxın əraziyə təkrar baxış zamanı hər hansı başqa şübhəli və ya təhlükəli əşya aşkar edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam