Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Fitch": -Azərbaycan iqtisadiyyatı gələn il 3,3% böyüyəcək

"Fitch": Azərbaycan iqtisadiyyatı gələn il 3,3% böyüyəcək

"Fitch Solutions" şirkəti bu il Azərbaycan iqtisadiyyatının 2,5%, 2022-ci ildə isə 3,3% böyüyəcəyini proqnozlaşdırır.

Yenixeber.org: Neft və qaza dayanıqlı tələbatı nəzərə alaraq, hazırda kontinental Avropada davam edən iqtisadi bərpa prosesləri Azərbaycanın xarici balansının statistikasına müsbət təsir göstərəcək. Lakin yerli bazarda tələb COVID-19 pandemiyası səbəbindən daha yavaş templərlə bərpa olacaq.

Xatırladaq ki, cari ilin may ayında "Fitch Ratings" agentliyi Azərbaycanda bu il iqtisadiyyatın 2,1%, 2022-ci ildə isə 2,9% artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Dünya Bankının bu yaxınlarda dərc olunmuş Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında Azərbaycanda ÜDM-in bu il 5% 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcəyi qeyd olunub. Asiya İnkişaf Bankının sentyabr proqnozunda isə cari il ölkədə iqtisadiyyatın artım tempinin 2,2%, 2022-ci ildə isə 2,5% olacağı deyilir.

Əlavə edək ki, 2020-ci ildə COVID-19 pandemiyası fonunda Azərbaycan iqtisadiyyatı 4,3% kiçilib. Son məlumatlara görə, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 3,6% böyüyüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam