Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

MTN generalının məhkəməsi başlayıb -jurnalistlər zala buraxılmadı

Mövlam Şixəliyev

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenixeber.org: Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qeyd olunub ki, təqsirləndirilən şəxslərdən biri Mövlam Şixəliyev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər zamindədir.

Prosesdə general Mövlam Şixəliyevin vəkilləri vəsatətlərlə çıxış edib.

Onlar müdafiə etdikləri şəxslə bağlı cinayət işinə xitam verilməsini, bu vəsatət təmin olunmayacağı təqdirdə onun ev dustaqlığına buraxılmasını xahiş ediblər.

Zərərçəkmişlər bir çoxu təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb.

Məhkəmə müşavirəyə yollanıb, hazırlıq iclasının qərarı saat 16:30-da elan ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam