Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə səfiri: -“Qars müqaviləsi regionda hazırkı münasibətlər üçün əsasdır”

Türkiyə səfiri: “Qars müqaviləsi regionda hazırkı münasibətlər üçün əsasdır”
“Yüz il bundan öncə imzalanmış Qars müqaviləsi regionda hazırkı münasibətlər üçün əsasdır”.

Yenixeber.org: Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu sənəd bölgə ölkələri və xalqları arasında yaxşı, müasir və sivil münasibətlərin qurulmasının mümkünlüyünü sübut edir: “Qars müqaviləsinin imzalanması həm də onu göstərir ki, saysız müharibələrdən sonra diplomatlar, Qafqaz dövlətlərinin nümayəndələri müzakirələr üçün bir araya gələ bilər. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazilərinin Ermənistanın işğalından azad etməsi ilə kommunikasiyaların açılması, ikitərəfli münasibətlərlə bağlı yeni imkanlar barədə danışılır. Bu imkanlarla bağlı müzakirələrin aparılması mümkündür. Əvvəllər də belə müzakirlər aparmışıq. Ulu babalarımız bunu uğurla həyata keçirib”.

Diplomat qeyd edib ki, Qars müqaviləsinə 70 il ərzində istinad edilib: “Türkiyə və Gürcüstan arasında münasibətlərin 30-cu ildönümündə ölkələrimiz arasında münasibətlər suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam