Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əhalinin azad edilən ərazilərin şirin su ehtiyatlarından istifadəsi üçün -layihələr hazırlanır

Əhalinin azad edilən ərazilərin şirin su ehtiyatlarından istifadəsi üçün layihələr hazırlanır

“Sərsəng, Köndələn çay üzərindəki su anbarı və Tərtər çayının su ehtiyatlarından istifadə edilməsi bölgə üçün böyük imkanlar yaradır”.

Yenixeber.org:  Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əhalinin şirin su ehtiyatlarından istifadəsi üçün oradakı mənbələrdən istifadə ediləcək: “Bununla bağlı layihələr hazırlanır. Növbəti illərdə Bərgüşad çayı üzərində su anbarlarının tikilməsi və Ağdam, Füzuli şəhərlərinin su ilə təmin olunması üçün layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar çox bahalı layihələrdir. Dövlət investisiyası cəlb olunduqca növbəti illərdə onların nəticələrini də görəcəyik”.

Nazir müavini əlavə edib ki, ərazilərin işğaldan azad olunması su probleminin həllinə böyük dəstək olacaq: “Həmin ərazilərin ümumi su ehtiyatları 2 milyard kub metrə yaxındır. Bu, gələcəkdə bölgənin içməli su ilə təminatına, əkin sahələrinin suvarılmasına kömək edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam