Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

PKK-da üsyan: -680 terrorçu Türkiyə hərbçiləri ilə döyüşməkdən imtina edib

PKK-da üsyan: 680 terrorçu Türkiyə hərbçiləri ilə döyüşməkdən imtina edib

Türkiyə Silahlı Qüvvələrinin “Barış pınarı” (“Barış bulağı”) əməliyyatını keçirdiyi Suriyanın Rakka bölgəsində olan terrorçular döyüşməkdən imtina ediblər.

Yenixeber.org: Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, döyüşdən imtina edənlər bölgənin Ayn İsa və Haseke əyalətinin Tel-Tamir rayonlarında terrorçu PKK/YPG-PYD qruplaşmasının 680 silahlısından ibarətdir.

Qeyd olunub ki, Hasekedəki təlim düşərgəsindən 370, Rakkadan isə 310 terrorçu Türkiyə Silahlı Qüvvələri ilə döyüşə girməkdən imtina ediblər.

Türkiyənin Altınbaş Universitetinin Elmi Şurasının üzvü doktor Eray Güçlüer məsələni belə şərh edib: “Terror təşkilatına başçılıq edəcək təcrübəli terrorçu qalmayıb. Onların 80 faizi sıradan çıxarılıb. Türkiyə humanist və inandırıcı üsullarla çox mühüm addımlar atıb. Terror təşkilatının əsas mərkəzi deyilən bir yer yoxdur. PKK-ya bağlı dağınıq qruplar var. Artıq onların təşkilat bütövlüyü yoxdur. Terrorçuların qaçması təşkilatın parçalanması əlamətidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam