Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

“Oskar” şadlıq evinin rəhbəri həbs edilib-FOTOALR+VİDEO

Paytaxtın Nizami rayonunda yerləşən “Oskar” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 280 nəfərin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evinin direktoru Rafael Məmmədov və orada işləyən xidməti personal saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “Oskar” şadlıq evinin rəhbəri Rafael Məmmədov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam