Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

ANAMA:"Ermənilər su borularının içərisində kiçik ölçüdə minalar yerləşdiriblər"

ANAMA: Ermənilər su borularının içərisində kiçik ölçüdə minalar yerləşdiriblər
"Təmizlədiyimiz ərazilərdə sürpriz, yəni təyinatı dəyişdirilmiş minalara da rast gəlirik. Ani toxunuş ölümə səbəb ola bilər".

Yenixeber.org: Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2 saylı təmizləmə qrupunun əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından başlayan təmizləmə əməliyyatları əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır: "Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub. Su borularının ətrafında və içərisində kiçik ölçüdə və maraqlı görünüşlü minalar yerləşdiriblər. Vətəndaşlardan xahiş edirik, ərazidə olarkən qəti belə əşyalara toxunmasınlar. Ani toxunuş ölümə səbəb ola bilər. Bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam