Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Keçmiş futbolçu ölkədən qaçmaq istəyərkən saxlanılıb-FOTO

Türkiyəli keçmiş futbolçu Gürcüstana qaçmaq istəyərkən saxlanılıb

Türkiyəli sabiq futbolçu Sezer Öztürk Artvindən Hopaya TIR maşını ilə qaçmağa çalışdığı vaxt yaxalanıb.

Yenixeber.org: Məlumata görə, 36 yaşlı keçmiş yarımmüdafiəçi İstanbulda qətl hadisəsi ilə əlaqədar açılan cinayət işi ilə əlaqədar saxlanılıb.

Hadisə sentyabrın 19-da baş verib. Öztürk Halil İbrahim Genç adlı şəxslə yol verməmə üstündə mübahisə edib. Daha sonra Genç silahla vurularaq öldürülüb. Şübhəli şəxs Öztürk Artvindən Gürcüstana getmək üçün yük maşınına minib. O, axtarış nəticəsində TIR-ın arxasında aşkarlanıb.

Onun barəsində "Qəsdən adam öldürmə" maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sezer Öztürk daha öncə verdiyi ifadədə barəsində irəli sürülən ittihamları rədd edib. O, Halil İbrahim Gençi öz mühafizəçisi adlandırıb. Öztürk bildirib ki, evə qayıtdığı vaxt 30-40 nəfərin onun avtomobilinin qarşısını kəsərək, zərbələr endirməyə başlayıblar. Keçmiş futbolçu silahdan atəşi özünün yox, Ömer Gençin havaya və yerə açdığını iddia edib: "Qarşımızı kəsənlər bizə içkili vəziyyətdə hücum etdilər. Yanımda mühafizəçim, onun və mənim uşaqlarım, həyat yoldaşlarımız var idi".

Almaniyada doğulmuş Öztürk Almaniyanın "Bayer" və "Nürnberq", Belçikanın "Beersxot", Türkiyənin "Manisaspor", "Eskişehirspor", "Fənərbağça", "Beşiktaş", "İstanbul BB" və "Eskişehirspor" komandalarında, həmçinin, Türkiyənin U-17, U-19, U-21 və ikinci yığmasında forma geyinib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam