Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər -RƏSMİ

"Azərbaycanda tədris ili başlayandan, sentyabrın 22-dən indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb".

Yenixeber.org: Bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, növbəti həftələrdə də tədrisin distant formada keçirilməsinə ehtiyac olmayacaq: "Xatırladım ki, Təhsil Nazirliyi aidiyyəti qurumlarla birgə mütəmadi şəkildə məktəblərdə yoluxma ilə bağlı vəziyyəti izləyir və məsələni nəzarətdə saxlayır. Son həftələrdə müəyyən qədər yoluxmalarda sabitlik yaranıb".

Nazir bildirib ki, hazırki dövrdə daha az məktəb və sinif distant təhsilə keçir, çünki yoluxma sayı aşağı olur: "Amma pandemiya hələ davam edir. Ölkə üzrə hər gün 1500-2000-ə yaxın yoluxma olur. Bunlar da yəqin ki, ölkədə vaksinasiya prosesinin getməsi ilə əlaqəlidir. Xüsusilə də təhsil işçilərinin 90 faizindən çoxunun vaksinasiya olunması ilə təhsilin davamlılığını saxlaya bilirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam