Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Həyat yoldaşını öldürən sabiq hakim məhkəmənin qərarı ilə razılaşmadı

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını odlu silahla qətlə yetirməkdə ittiham olunan Sabunçu rayon məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun apellyasiya şikayətinə baxılacaq.

Yenixeber.org: Məhkəmə prosesi dekabrın 16-a təyin edilib. Cinayət işi hakim Elmar Rəhimovun icraatındadır.

Qeyd edək ki, Fəqan Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sabiq hakim məhkəməyə verdiyi ifadəsində hadisənin qəsdən deyil, ehtiyatsızlıqdan baş verdiyini deyib.

Əhmədov apellyasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Qətl hadisəsi 30 may 2021-ci ildə gecə saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində baş verib. Fəqan Əhmədov aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb.

Əhmədova Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimi olub.(virtualaz)

İnarə Rafiqqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam