Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

"Ermənistan minaların dəqiq xəritələrini verməkdən imtina edir" -Ombudsman

 

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsman Aparatında tədbir keçirilib.

Yenixeber.org: Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, insan hüquqlarının qorunması yalnız bu günlə məhdudlaşmamlıdır.

Onun sözlərinə görə, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir: "Bu ilki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub. Bu gün müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür".

Ombudsman qeyd edib ki, həmin insanların hüquqlarının tam bərpası sahəsində bir çox çətinliklər var: "Ən ciddi problem minalardır. Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur. Biz bir neçə dəfə beynəlxalq qurumlara müraciət etmişik. Lakin Ermənistan minalı ərazilərin tam dəqiq xəritələrini verməkdən imtina edib. Bu səbəbdən də bu günə qədər bir çox soydaşlarımız mina qurbanı olub, ağır xəsarətlər alıblar".

Qeyd edək ki, tədbirin sonunda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” şüarı altında keçirilən ənənəvi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam