Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasını gözləyir-RƏSMİ

Ermənistan Xarici İşlər Nazirliyi yanvarın 14-də dialoq prosesi ilə bağlı Moskvada Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşündən əsas gözləntilərini açıqlayıb. 

Yenixeber.org: XİN-in mətbuat katibi Vahan Hunanyan "armenpress"ə bildirib ki, Ermənistanın bu dialoqdan gözləntiləri 1990-cı illərdən bəri mövcud olan gözləntilərlə eynidir.

“Biz gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında 90-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd yenidən açılacaq. Ermənistan Respublikası hər zaman bəyan edib ki, heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”, - XİN rəsmisi vurğulayıb.

Nazirliyin sözçüsü qeyd edib ki, Moskvada keçiriləcək ilk görüşdən nəzərəçarpacaq nəticələr gözləmək çətindir.

“Lakin bu, prosesə start verəcək”, - o əlavə edib.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç arasında görüş keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam