Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

"Omikron" ştamının alt növləri aşkarlanıb-Afrikada

                           Afrikada koronavirusun "omikron" ştamının alt növləri aşkarlanıb.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin baş virusoloqu Niksi Qumede-Moeletsi bildirib.

"Omikron"un BA.2 adlı yeni alt növü qitənin beş ölkəsində müəyyən edilib: Botsvana, Keniya, Malavi, Seneqal və Cənubi Afrika.

"BA.2-ni müəyyən etmək çox çətindir, çünki "omikron" ştamını aşkar etmək üçün hazırlanmış koronavirus testləri onu "görmür". Biz bu alt növün dəqiq təsvirini əldə etmək üçün dünyanın bir sıra laboratoriyaları ilə işləyirik", - ÜST rəsmisi deyib.

Ötən ay BA.2 Avropada, xüsusən Danimarkada müəyyən edilib. Danimarka alimlərinin fikrincə, alt növün yayılma qabiliyyəti artıb.

ÜST mütəxəssisləri hələlik Afrikada aşkar edilən virus variantının nə qədər patogen olduğunu deyə bilmirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam