Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vətən Müharibəsindən bəhs edən film çəkiləcək-AÇIQLAMA

Vətən Müharibəsindən bəhs edən film çəkiləcək

Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan filmlə bağlı mətbuat konfransı keçirilib.
Yenixeber.org: Mətbuat konfransında rejissor Selahattin Sancaklı, aktyor Ertuğrul Şakar, prodüser Yalçın Çoban və “Eslem Film”in rəhbəri Metin Yücel iştirakı edib.
Filmin rejissoru Səlahəddin Sancaklı bildirib ki, film və serial Şuşada lentə alınacaq:
“Azərbaycana səfərimizdə məqsəd 30 illik haqlı davamızı, zəfərimizi lentə almaqdır. Şuşada olmamışam amma, filmin Şuşada çəkilməsi nəzərdə tutulur. Filmdə Azərbaycandan və Türkiyədən olan aktyor və aktrisalar iştirak edəcək”.
Aktyor Ertuğrul Şakarın sözlərinə görə, çəkiləcək film həm Azərbaycan, həm də Türkiyə üçün gözəl layihə olacaq:
“Bu, həmdə mənim Azərbaycana ilk gəlişimdir, buranı çox bəyəndim. Qismət olsa gedib Şuşanı da görməyi çox istəyirəm”.
Qeyd edək ki, filmin çəkilişlərinə iyul ayında başlanılması nəzərdə tutulur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam