Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Rusiya Ukraynanı işğal etməyə tam hazırdır”:Boris Consondan AÇIQLAMA

    Ukrayna ilə bağlı diplomatik açılma olsa da, kəşfiyyat məlumatları hələ də sevindirici deyil.

Yenixeber.org: Bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib. O bildirib ki, hazırda Rusiyadan qarışıq siqnallar alınır.

Consonun sözlərinə görə Rusiya Ukrayna ilə sərhəddə yeni səhra xəstəxanaları yaradır və sərhədə yaxınlaşdırılan batalyonların sayını artırır. Baş nazir Rusiyanın bu addımlarını işğala hazırlıq kimi qiymətləndirib.

ABŞ kəşfiyyatının Ukraynanın işğalının çərşənbə günü başlayacağı ilə bağlı məlumatlarına münasibət bildirən Baş nazir vurğulayıb ki, Moskva işğala tam hazırdır və bu prosesə istənilən an başlaya bilər.

Boris Conson əlavə edib ki, Vladimir Putinin Qərb ölkələrinin liderlərini əmin etməsi üçün Ukrayna böhranı ilə bağlı de-eskalasiya proqramına və qoşunların potensial münaqişə səhnəsindən çəkilməsinə ehtiyac var.

Böyük Britanya baş naziri ölkəsinin Kiyevdəki səfirliyinin Ukrayna ilə Rusiya arasında gərginlik qaldıqca fəaliyyətini davam etdirəcəyini açıqlayıb.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam