Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bayden bu gün -NATO liderləri ilə Ukrayna barədə danışıqlar aparacaq

Bayden bu gün NATO liderləri ilə Ukrayna barədə danışıqlar aparacaq

ABŞ Prezidenti Cozef Bayden cümə günü Ukraynadakı vəziyyətlə bağlı bir sıra ölkələrin liderləri ilə telefon danışığı aparmaq niyyətindədir. 

Yenixeber.org: Bu barədə Ağ Evin mətbuat qrupunun yaydığı məlumatda deyilir.

"Sabah (bu gün-red) günortadan sonra Prezident transatlantik liderlərlə Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələr toplaması, təmkinliliyimiz və diplomatik səylərimiz barədə telefon danışığı aparacaq", - Ağ Evdən bildiriblər.

Xəbərdə telefon danışığı iştirakçıları və onun başladığı vaxt göstərilmir.

Cümə axşamı Baş nazir Castin Trüdonun mətbuat xidməti də Baydenin Kanada, Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya liderləri, eləcə də Avropa İttifaqının və NATO-nun rəhbərliyi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıq aparacağını bildirib.

Telekonfransın başlama vaxtı dəqiqləşdirilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam