Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiyanın Ukraynaya hücumu: Son sutkada nələr baş verib? –İCMAL


Bu gün, 3 mart Rusiya-Ukrayna müharibəsinin səkkizinci günüdür. Ukrayna ərazisində Rusiyanın başlatdığı hərbi əməliyyatlar hələ də davam edir.
Yenixeber.org: “BBC” son sutka ərzində Ukraynada baş verənlərin qısa icmalını təqdim edir:

  • Rusiya rəsmilərinin bildirdiyinə görə, onlar cənubun əsas liman şəhəri olan Xersona nəzarəti ələ keçirib. Bu hücumlar başlayandan bəri ələ keçirilən ilk böyük Ukrayna şəhəridir
  • Son bir neçə saat ərzində Kiyevi və digər şəhərləri silkələyən güclü partlayışlar baş verib
  • ABŞ müdafiə strukturları rəsmisi deyir ki, Kiyev yaxınlığında Rusiya hərbi maşınlarından ibarət böyük karvan yanacaq və ərzaq çatışmazlığı səbəbindən “dayanıb”
  • Ukrayna prezidenti Volodimir Zelenski gecə saatlarında vətəndaşların ölkələrini müdafiə etməkdə göstərdikləri cəsarətləri tərifləyən video yayımlayıb
  • Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada mümkün müharibə cinayətləri ilə bağlı təhqiqata başlayıb
  • BMT bildirir ki, hazırda Ukraynanı işğal başlayandan bəri bir milyondan çox insan tərk edib və onların sayı sürətlə artır
  • Rusiya ilk dəfə olaraq Ukraynaya hücumu zamanı ağır hərbi itkilər verdiyini, 498 hərbçinin öldürüldüyünü, daha 1597 hərbçinin yaralandığını açıqlayıb

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam