Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Zelenskiyə 3 dəfə sui-qəsd cəhdi olub -İngilis nəşrindən ŞOK

Ukrayna xüsusi xidmət orqanları rusların planlarını üzə çıxarmağa və cinayətin qarşısını almağa nail olub.

Yenixeber.org: Britaniyanın “The Times” qəzeti son 1 həftə ərzində Ukrayna Prezidenti Vladimir Zelenskiyə azı 3 sui-qəsd cəhdinin edildiyini yazıb.

Nəşrin yazdığına görə, Ukrayna liderini öldürmək üçün 2 müxtəlif qrup göndərilib - Kreml yönümlü “Vaqner” qrupunun muzdluları və çeçen xüsusi təyinatlıları. Qəzet yazır ki, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya xüsusi kəşfiyyatçıları sayəsində alınıb.

Kiyevdəki “Vaqner” muzdluları xeyli itki verib. Qrupa yaxın mənbə bildirib ki, Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün “ürpədici” olub. Həmçinin, şənbə günü Kiyevin kənarında çeçen muzdlulardan ibarət qrup məhv edilib və növbəti sui-qəsdin qarşısı alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam