Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb -Kürdəmirdə

 Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi etdiyi “saxla” işarəsi verilib.

Bu zaman sürücü R.Qədirovun hərəkətləri şübhə doğurduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.2.2-ci maddələri ilə protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Kürdəmir rayon məhkəməsinin qərarı ilə R.Qədirov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam