Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Rusiya ordusu qəsdən uşaqları öldürür? –İşğalçılar bu yazıya rəğmən teatr binasını bombalayıblar

Ötən gecə Rusiyanın Mariupoldakı teatr binasını bombalamsı beynəlxalq ictimaiyyətin də ciddi narazılığına səbəb olub. Hücumun ardından sosial şəbəkələrdə paylaşılan bir görüntü isə haqlı etirazların həcmini birə-beş artırıb.

Yenixeber.org: Hücumdan iki gün əvvəl “Maxar”-ın paylaşdığı peyk görüntülərində ruslar hücum etməsin deyə, binanın xaricindəki səkidə böyük hərflərlə "Uşaq" sözləri yazıldığı əks olunub.

Qeyd edək ki, aralarında uşaqlarında olduğu binada 1200-ə yaxın ukrayna vətəndaşının məskunlaşdığı bildirilir.

Hücumun ardından açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski də işğalçıların bu addımını pislədiyini deyib.

Mariupol merinin müşaviri Petro Andruişenko isə bildirib ki, bina şəhərin ən böyük sığınacaqlarından biri idi: “Rusiyanın hücumları davam etdiyindən hazırda həmin əraziyə getmək mümkün deyil”.

Rusiya mətbuatında yer alan xəbərlərə görə, sözügedən hücumu Ukraynadakı “Azov Briqadası” həyata keçirib. Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, Rusiya tərəfindən həmin əraziyə hücum olmayıb.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam