Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qarlı və dumanlı havada yollarını azdılar - VİDEO

Qarlı və dumanlı havada yollarını azdılar -    VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı və dumanlı hava şəraitində yollarını azaraq 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Yenixeber.org: FHN Mətbuat xidmətinin yaydığı məlumata görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam