Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xocavənddə minalanmış ərazidə yanğın olub, əraziyə iki helikopter cəlb edilib -VİDEO

Xocavənddə minalanmış ərazidə yanğın olub, əraziyə iki helikopter cəlb edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal yanğın baş vermiş əraziyə cəlb olunub.

Yenixeber.org: FHN-dən verilən məlumata görə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyi ilə yanğının bilavasitə Edilli kəndinə keçməsinin qarşısı alınıb, habelə kommunikasiya xətləri yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunmaqla baş vermiş yanğın söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam