Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

Qara dəniz sahillərində mina həyəcanı-XƏBƏRDARLIQ

Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükə yaradıb. 

Yenixeber.org: Türkiyə Hərbi Dəniz Qüvvələri gəmiləri xəbərdar edərək və sürüklənən minalara qarşı diqqətli olmağı xahiş edərək NAVTEX (dənizçilərə xəbərdarlıq) yayımlayıb.

 

Rusiya Sovet İttifaqı zamanından qalan “YM” və “YRM” tipli minaların Qərbi Qara dəniz regionunda intensiv ticarət dəniz yollarında olduğunu bildirərək rəsmi Kiyevi bunda ittiham edib. Digər tərəfdən, Ukrayna tərəfi Rusiyanın Qara dəniz sularında bütün ticarətin qarşısını almaq üçün mina tələsi qurduğunu iddia edib.

Kiyev administrasiyasının bildirdiyinə görə, Rusiya tərəfi Qərbi Qara dəniz akvatoriyasına yüzlərlə mina yerləşdirməklə günahı Ukraynanın üzərinə yıxmaq niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam