Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putindən -Rusiyaya "dost olmayan" ölkələrlə bağlı tapşırıq


Rusiya təbii qaz tədarükünə görə ödənişlərin rublla həyata keçirilməsini tələb edəcək.
Yenixeber.org:  Bu barədə çərşənbə günü Rusiya prezidenti Vladimir Putin hökumətlə görüşündə bildirib.

“Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qazımıza görə Rusiya rublu ilə ödənişlərin köçürülməsi üzrə bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim”, - o deyib.
Rusiya Prezidenti qeyd edib ki, Rusiya əvvəllər bağlanmış müqavilələrdə nəzərdə tutulan həcm və qiymətlərə uyğun olaraq digər dövlətlərə qaz tədarükünü davam etdirəcək:
Putin əlavə edib ki, Rusiyaya “dost olmayan” ölkələrlə qaz hesablaşmaları rubla çevrildikdən sonra xarici istehlakçılar lazımi əməliyyatları həyata keçirə bilməlidir. O vurğulayıb ki, qeyri-dost ölkələrlə qaz müqavilələrində gələcək dəyişikliklər yalnız ödəniş valyutasına təsir edəcək - o, Rusiya rubluna dəyişdiriləcək:
“Mən hökumətdən "Qazprom"a mövcud müqavilələrə dəyişiklik edilməsi ilə bağlı müvafiq göstəriş verməsini xahiş edirəm. Eyni zamanda, bütün xarici istehlakçılara lazımi əməliyyatları yerinə yetirmək imkanı verilməlidir".
Qeyd edək ki, siyahıya aşağıdakı dövlətlər və ərazilər daxildir:
“Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya (Cersi, Angilya, Britaniya Virgin Adaları, Cəbəllütariq daxil olmaqla), Aİ dövlətləri, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, San-Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam