Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10% azalıb

 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 440,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % az vəsait yönəldilib.

Yenixeber.org: Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 28% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 10,1% artıb.

3 ay ərzində istifadə olunmuş vəsaitin 1 524,7 milyon manatı və yaxud 62,5%-i məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı və yaxud 30,4%-i xidmət sahələrinə, 172,8 milyon manatı və yaxud 7,1%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 676,7 milyon manatını və yaxud 68,7%-ni daxili vəsaitlər təşkil edib, 1 688,2 milyon manatı və yaxud 69,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,8 %, büdcə vəsaitləri 24,6 %, əhalinin şəxsi vəsaitləri 8,1 %, sair vəsaitlər 3,8 %, bank kreditləri isə 1,7 % təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam