Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Ukraynaya 5 milyard dollar məbləğində hərbi yardım toplanıb" -Pentaqonun başçısı

"ABŞ-ın Almaniyanın Ramştayn hərbi bazasında keçirilən toplantıda tərəfkeş ölkələr Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplayıb".

Yenixeber.org: Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Sizin müqavimətiniz azad dünyaya ilham verdi”, - Pentaqonun başçısı Ukraynanın müdafiə naziri Oleksey Reznikova müraciət edərək deyib.

Lloyd Ostinin sözlərinə görə, öz ölkəsi uğrunda mübarizə aparan Kiyevin dəstəklənməsi sürətlə artır. O vurğulayıb ki, toplanan 5 milyard dolların 3,7 milyardını ABŞ administrasiyası ayırıb.

Qeyd edək ki, NATO-ya üzv dövlətlərdə daxil olmaqla 40-dan artıq ölkənin müdafiə nazirlərinin Ramştaynda toplantısı keçirilir. Ukraynaya yardım yığıncağın əsas mövzusudur.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrinin xaricdəki ən böyük bazası Ramştaynda yerləşir. Orada 9 min amerikalı hərbçi dislokasiya olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam