Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Qərb təlimatçı adı altında Ukraynaya döyüşçülər göndərir" - RƏSMİ

      "Qərb ölkələri Ukraynanı hərbiləşdirməyə davam edir, ora silah və döyüşçülər göndərir".
Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Krım 24” telekanalının efirində bildirib.
“Ukrayna silahla doldurulur - biz birbaşa tədarüklərdən danışırıq, gələcək üçün müqavilələrdən danışırıq və gördüyünüz kimi, bunlar ümumilikdə çox milyonluq müqavilələrdir. Söhbət sadəcə döyüşçülərin təlimatçı adı altında ora köçürülməsindən gedir”, - deyə o, izah edib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin verdiyi məlumata görə, Vaşinqton 2014-cü ildən bəri Ukrayna ordusuna dəstək üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.

Bu həftə Pentaqonun sözçüsü Con Kirbinin sözlərinə görə, Kiyev ABŞ-dan atıcı silah və sursat almalı idi. Bu, prezident Co Bayden tərəfindən təsdiqlənmiş 60 milyon dollarlıq tədarükün sonuncusudur.

Amerikanın 2022-ci il üçün müdafiə büdcəsi layihəsində Ukraynaya hərbi yardım göstərmək üçün 300 milyon dollar nəzərdə tutulub.

Bundan əlavə, dekabrın 2-də Aİ Şurası Ukrayna Hərbi Hava Qüvvələrinə 31 milyon avro ayırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam