Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

“Rusiya müharibənin ilk saatlarında məni öldürməyə çox yaxınlaşmışdı” –Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin birinci günündə yaşadığı hadisələrlə bağlı bəzi məqamları açıqlayıb.

Yenixeber.org: Britaniyanın “The Times” nəşrinə müsahibə verən Zelenski, fevralın 24-də paytaxt Kiyevə daxil olmağa çalışan rus qoşunlarının, onu və ailəsini öldürməyə çox yaxınlaşdıqlarını bildirib: “Müharibənin ilk saatlarında baş verənləri hissə-hissə xatırlayıram. Rusiya ordusunun bombardmanları başlayan vaxt, həyat yoldaşım Yelena və övladlarıma evdən qaçmağa hazırlaşmalarını söylədim. Biz onları oyatdıq. Çox səs-küy var idi, partlayışlar baş verirdi”.

Zelenski Rusiyanın onu və ailəsini öldürmələri üçün Kiyevə desantlar göndərdiyini bildirib: “İqamətgahdakı mühafizəçilər gecə yarısı bizim üçün gülləkeçirməz jiletlər gətirdilər və silahlı mühafizəyə keçdilər. Biz saatlarla içəridə gözləməli olduq”.

Qəzet yazır ki, Rusiya ordusu Zelenski və ailəsini ələ keçirmək üçün iki dəfə Prezident İqamətgahına hücuma cəhd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam